Oleq Stepko Azərbaycan vətəndaşlığını qəbul etdi
![Oleq Stepko Azərbaycan vətəndaşlığını qəbul etdi Oleq Stepko Azərbaycan vətəndaşlığını qəbul etdi](https://azvision.az/photos/main13850900_7255de0bb9920835c58fec1ccb3d6b07.jpg)
AzVision.az “espresso.tv”yə istinadla xəbər verir ki, Stepko 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunlarında Ukrayna yığmasının heyətində dördüncü yeri tutub. Onda Yaponiya yığmasının apelyasiyası təmin olunduğuna görə, bürünc medal Ukrayna yığmasının əlindən çıxıb. Stepko 2010-cu ildə gənclər arasında Olimpiadanın iki qızıl və iki gümüş medalını qazanıb.
Qeyd edək ki, Oleq çoxnövçülük yarışlarında iştirak edir, yəni 6 alətin hamısında hərəkətlər yerinə yetirir.
Teqlər: