FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı - VİDEO

FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı -  VİDEO
  02 May 2021    Oxunub:3496
Mayın 2-də səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a bildirilib ki, FHN “112” qaynar telefon xəttinə yanğın barədə daxil olmuş zəng əsasında qısa müddətdə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.



Yanğının on səkkiz mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində baş verdiyi nəzərə alınaraq xüsusi təyinatlı texnikanın - avtonərdivanın tətbiqi ilə yanğınsöndürmə əməliyyatı həyata keçirilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan üçotaqlı mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner, eyvanda 1 ədəd dolab yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti