Bu gün ikinci Qədr gecəsidir
İlk Qədr gecəsi Ramazanın 18-ci gününə, mayın 1-dən 2-nə keçən gecəyə təsadüf edib. Ramazanın 22-ci (5 may) və 26-cı günləri (9 may) də Qədr gecələri olacaq.
Qədr gecəsi "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.
Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin məscidlərdə keçirilməsi qadağan edilib.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.
Azvision.az
Teqlər: Qədrgecəsi