Gömrükçülər iki həftədə 730 kq narkotik aşkarladılar

   Gömrükçülər iki həftədə 730 kq narkotik aşkarladılar
  03 May 2021    Oxunub:1733
Son iki həftə ərzində gömrük işçiləri 730 kiloqramdan artıq narkotik vasitə aşkar ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

"Ölkəmizin cənub sərhədlərində gömrük orqanlarının həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində, təkcə son iki həftə ərzində 5 fakt üzrə 730 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb", - Komitə sədri qeyd edib.

Azvision.az


Teqlər: Gömrük   Narkotik  





Xəbər lenti