Qadını şantaj edən şəxs tutuldu

Qadını şantaj edən şəxs tutuldu
  03 May 2021    Oxunub:1577
Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini olan bir qadın aprelin 27-də tanışının onun şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 200 manat pul tələb etməsini bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş E.Sultanov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti