Sabirabad sakini qarət etdiyi evi yandırdı

Sabirabad sakini qarət etdiyi evi yandırdı
  03 May 2021    Oxunub:1898
Sabirabad şəhəri Yeni məhəllədə yaşayan E.Seyfullayevin evində yanğın baş verib. Nəticədə 60 kvm. sahədə yanar konstruksiyalar oradakı əşyalarla birgə yanıb, xəsarət alan olmayıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Sabirabad polisi tərəfindən aparılan araşdırmalarla evdən 1200 manat dəyərində məişət əşyalarının oğurlanması və evin yandırılması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Qalağayın kənd sakini R.Məmmədov müəyyən edilərək saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti