Narkotacirdən 19,6 kq heroin götürüldü

  03 May 2021    Oxunub : 1549
Narkotacirdən 19,6 kq heroin götürüldü
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov şəhər ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı onda 46 qramdan artıq heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 19 kiloqram 600 qram heroin və elektron tərəzi götürülüb.

Azvision.az

Teqlər: DİN