ANAMA: Ötən ay 512 mina aşkarlanıb

  ANAMA:  Ötən ay 512 mina aşkarlanıb
  03 May 2021    Oxunub:3311
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat yayıb.
ANAMA-dan Azvision.az-a bildirilib ki, ötən il noyabrın 10-dan bu il aprelin 30-dək 20 280 727 kv.m (2 028 ha) ərazi təmizlənib. Bu müddətdə piyada əleyhinə 7086 ədəd mina, tank əleyhinə 3574 ədəd mina və 7943 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Ötən ay 2 847 807 km.m (285 ha) ərazi təmizlənib Bu ərazilərdə piyada əleyhinə 364 mina, tank əleyhinə 148 mina (cəmi 512) və 1098 PHS aşkarlanıb.



Azvision.az


Teqlər: ANAMA   Mina  





Xəbər lenti