Zərdabda reyd keçirildi, sürücü və piyadalar cərimələndi

Zərdabda reyd keçirildi, sürücü və piyadalar cərimələndi
  04 May 2021    Oxunub:1886
Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində piyadalara yol verməyən sürücülər, eləcə də piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, reyd zamanı piyada keçidlərində piyadalara yol verməyən sürücülər müəyyənləşdirilib, onlarla profilaktiki səpkidə söhbətlər aparılıb. Qayda pozuntusuna yol vermiş həmin sürücülərlə aparılan söhbətlər zamanı yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

Sürücülərlə yanaşı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, eyni zamanda, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər edilib. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşları tərəfindən ciddi qayda pozuntusuna yol vermiş bir neçə sürücü və piyada barəsində inzibati qaydada tədbirlər görülüb.

Azvision.az


Teqlər: DİN   Polis   Reyd  





Xəbər lenti