“Səbail” “Qəbələ”yə qalib gəldi

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi görüşün ilk yarısı qolsuz tamamlanıb. 52-ci dəqiqədə “Qəbələ”nin legioneri Merab Giqauri ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. “Səbail” 10 dəqiqə sonra say üstünlüyündən yararlanmağı bacarıb. Amil Yunanov keçmiş klubunu məyus edərək paytaxt təmsilçisinə qələbə qazandırıb - 1:0.
Bununla da xalını 24-ə çatdıran “Səbail” “Qəbələ”yə çatıb. Hazırda əyalət və paytaxt komandaları 5-6-cı yerləri bölüşürlər.
Qeyd edək ki, turun açılış oyununda “Neftçi” səfərdə “Keşlə”ni darmadağın edib - 3:0. Tura mayın 4-də “Qarabağ” – “Zirə” və “Sumqayıt” – “Sabah” görüşləri ilə yekun vurulacaq.
Azvision.az
Teqlər: Futbol