Azercell ilk Onlayn Qadın Festivalının rəqəmsal tərəfdaşıdır
Azercell bu maraqlı festival zamanı canlı yayımların keyfiyyətli və sürətli internet vasitəsilə ötürülməsinə nəzarət edəcək. Festival boyunca https://azvision.az/redirect.php?url=http://qadinfest.az/ saytının ana səhifəsinə Azercell-in brendi ilə onlayn köşk yerləşdiriləcək və buradan birbaşa mobil operatorun saytına keçid etmək mümkün olacaq.
Festivalın ən maraqlı məqamlarından biri də sual-cavab sessiyasının keçirilməsidir. Belə ki, tədbir zamanı təşkil olunacaq viktorinada sualların hamısına düzgün cavab verən iştirakçılara müxtəlif qiymətli hədiyyələr təqdim olunacaq. Festivalın rəqəmsal tərəfdaşı olan “Azercell Telekom” MMC də öz tərəfindən viktorina qaliblərindən birinə iPhone SE smartfonunu hədiyyə edəcək.
İlk onlayn qadın festivalına qoşulmaq üçün https://azvision.az/redirect.php?url=http://qadinfest.az/ saytında qeydiyyatdan keçmək lazımdır. Tədbirlə əlaqədar xəbərləri festivalın Facebook https://www.facebook.com/events/197724505153756 və İnstaqramdakı https://www.instagram.com/qadin_fest/ səhifəsindən izləmək olar. Festivalda iştirak ödənişsizdir.
Teqlər: Azercell