Binəqədidə ağaclar yanaraq məhv oldu

Binəqədidə ağaclar yanaraq məhv oldu
  05 May 2021    Oxunub:2121
Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, 70 m² sahədə taxta tullantıları və 12 ədəd ağac yanıb, yüksək temperaturdan yaxınlıqda olan üçmərtəbəli fərdi yaşayış evinin lambirindən ibarət divar üzlüyü 3 m² sahədə əriyib. Ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti