Naxçıvanda 9 vergi ödəyicisində nöqsanlar aşkarlanıb
Qeyd olunub ki, operativ vergi nəzarəti tədbirləri zamanı 9 vergi ödəyicisində “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktları aşkar olunub və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 2 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb və müşahidəyədək olan dövriyyə ilə müqayisədə artım qeydə alınıb. Nəticədə qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş əlavə vergi məbləğinin büdcəyə ödənilməsi təmin olunub.
Azvision.az