Fuad Poladovun vəfatından 3 il ötür

Fuad Poladovun vəfatından 3 il ötür
  05 May 2021    Oxunub:1490
Bu gün mərhum Xalq artisti Fuad Poladovun vəfat etməsindən 3 il ötür.
Azvision.az -ın məlumatına görə, Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib.

Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb.



Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb. Fuad Poladov 43 filmə çəkilib.



Qeyd edək ki, mərhum aktyor 2018-ci il mayın 5-də uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib. Mərhumla vida mərasimi evində keçirilib. Vida mərasimindən sonra “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.





Azvision.az


Teqlər: Xalqartisti   FuadPoladov  





Xəbər lenti