Təcridxanaya telefon keçirmək istədi

Təcridxanaya telefon keçirmək istədi
  05 May 2021    Oxunub:1413
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Azvision.az -a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Baxşəliyev Zaur Mərdəli oğluna tanışı, Sumqayıt şəhər sakini Qafarov Məhəmməd Vaqif oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan qazanda dolma yeməyinin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilən işlək vəziyyətdə olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və bir ədəd danışıq kartı aşkar edilib.

Azvision.az


Teqlər: Təcridxana  





Xəbər lenti