Azad edilmiş ərazilərdə vəhşi heyvanlar peyvəndlənir - FOTO
Peyvəndləmə tədbirlərində iştirak edən AXA-nın sədr müavini Bayandur Rzayev bildirib ki, ərazilərə atılmış, içərisində vaksin olan qidanı qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı bir il müddətinə immunitet yaradacaq. Bu cür tədbirlər xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılmasının qarşısını almaqda mühüm rol oynayır və quduzluq xəstəliyinə qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir.
Bayandur Rzayev quduzluğa qarşı peyvəndləmə tədbirlərinin müəyyən olunmuş qrafik əsasında işğaldan azad edilmiş digər rayonların ərazisində də aparılacağını qeyd edib. AXA-nın əməkdaşları peyvəndləmənin nəticələrini müəyyən etmək üçün tədbirdən üç gün sonra ərazilərdə monitorinqlər keçirirlər.
Qeyd edək ki, heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilib.
Azvision.az