FHN-də praktik məşğələ keçirildi

FHN-də praktik məşğələ keçirildi
  05 May 2021    Oxunub:1658
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Dövlət Yanğından Mühafizə hissəsinin xilasetmə dəstəsi ilə birgə mayın 4-də “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda praktik məşğələ keçirilib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, məşğələ Liman Dövlət Yanğından Mühafizə bölməsində keçirilib. Məşğələ yanğından mühafizə hissəsinin xilasetmə dəstəsi ilə Mərkəzin xüsusi xilasetmə hissələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə keçirilib.

Məşğələ zamanı Mərkəzin əməliyyat növbətçisinə Lənkəran şəhərində yerləşən şadlıq saraylarından birinin 2-ci mərtəbəsində təmir işləri aparılarkən şərti partlayışın baş verməsi haqqında məlumat daxil olub. “Partlayış” nəticəsində orada təmir işləri aparan işçilərin ikisinin köməksiz vəziyyətdə qaldığı bildirilib.

“Qəza” nəticəsində binada köməksiz vəziyyətdə qalan zərərçəkmişlər xilasedicilər tərəfindən xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə çıxarılıb, onlarla psixoloji söhbətlər aparılıb və ilkin tibbi yardım göstərilərək ərazidən təxliyəsi həyata keçirilib.

Məşğələ uğurla başa çatdırılıb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti