Binədə altı evdən oğurluq edən şəxs tutuldu
Onun əldə etdiyi qızıl-zinət əşyalarını metronun “Neftçilər” stansiyasının yaxınlığındakı qızıl qəbulu mağazalarına satdığı məlum olub.
Faktlarla bağlı 3-cü polis bölməsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Taleh Muxtarov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Onun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi polis orqanlarına və Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzinə məlumat verə bilərlər.
Azvision.az