"Sabah"ın məşqçisi 5 oyunluq cəzalandırıldı

"Sabah"ın məşqçisi 5 oyunluq cəzalandırıldı
  05 May 2021    Oxunub:2502
AFFA İntizam Komitəsi "Sabah" klubunun məşqçisi Miloş Yevtiçi 5 oyunluq cəzalandırıb.
Azvision.az -ın məlumatına görə, buna serbiyalı mütəxəssisin "Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının XXIV tur oyununda təhqiredici hərəkətə görə qırımızı vərəqə alaraq meydandan kənarlaşdırılması səbəb olub.

Həmçinin klub 4 000 manat məbləğində cərimələnib.

Qeyd edək ki, "Sabah" - "Neftçi" matçı 2:2 hesabı ilə başa çatıb.

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti