Gəncədə evlərin zirzəmilərinə yağış suları dolub

Gəncədə evlərin zirzəmilərinə yağış suları dolub
  05 May 2021    Oxunub:2920
Mayın 5-i səhər saatlarından yağan intensiv yağışlar nəticəsində Gəncə şəhərində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinə, həyətyanı sahələrə, küçə və prospektlərə yağış sularının dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə müraciətlər daxil olub.
FHN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlər əsasında Nazirliyin Gəncə Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikası yağış sularının yığıldığı ərazilərə cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində əksər ərazilərdə suyun çəkilərək kənarlaşdırılması təmin edilib, bəzi ünvanlarda isə işlər hazırda davam etdirilir.



Xatırladaq ki, bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü külək respublikanın ayrı-ayrı bölgələrində intensiv yağıntılarla müşayiət olunub.

Azvision.az


Teqlər: FHN   Gəncə  





Xəbər lenti