DYP-dən sürücülərə xəbərdarlıq

   DYP-dən sürücülərə xəbərdarlıq
  05 May 2021    Oxunub:2156
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
DYP-dən Azvision.az -a daxil olan xəbərdarlıqda deyilir:

“Paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır. Küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən və piyadalardan son dərəcə ehtiyatlı olmasını, təhlükəsizlik qaydalarına daha da ciddi əməl edilməsini, belə ki, avtomobilləri çoxmərtəbəli binaların, ağacların altında saxlamamağı tövsiyə edirik. Piyadalardan isə açıq hava şəraitində hərəkətlərinin mümkün qədər məhdudlaşdırmağı xahiş edirik”.

Azvision.az


Teqlər: DYP   Sürücü  





Xəbər lenti