Şabranda ağır qəza: Ölən və yaralılar var

  06 May 2021    Oxunub :2015
 Şabranda ağır qəza:   Ölən və yaralılar var
Şabran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya sərhəd yolunun Şabranın Gəndob kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, 5 nəfər ağır xəsarətlər alıb. Qəzada yaralanan şəxslər Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az

Teqlər: Qəza