Siyəzəndə iki qardaş soyğunçuluq etdi

Siyəzəndə iki qardaş soyğunçuluq etdi
  06 May 2021    Oxunub:1781
Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zarat kəndi ərazisində yerləşən mağazaların birində mağaza sahibinə qarşı soyğunçuluq edən iki qardaş - Turxay və Elşən Fərzəliyevlər saxlanılıblar.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan məluam verilib.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan qardaşlar qabaqcadan əlbir olaraq kənd ərazisində yerləşən ərzaq malları mağazasına daxil olublar. Bu zaman T.Fərzəliyev mağaza sahibinin onlara müqavimət göstərməməsi üçün qollarını tutub, E.Fərzəliyev isə kassadan 126 manat miqdarında pulları götürüb. Daha sonra isə onlar həmin ərazidən uzaqlaşıblar.

Dindirilmə zamanı Turxay və Elşən Fərzəliyev törətdikləri hadisəni səmimi etiraf edərək, peşman olduqlarını bildiriblər. Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti