DİN-in mətbuat xidmətindən
Azvision.az-a verilən məlumata görə, leytenant Rüfət Nəbizadə müharibədə aldığı ağır kontuziya səbəbindən bir müddət Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alıb. Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb və hərbi qulluqçu ötən gün dünyasını dəyişib.
Leytenant Rüfət Nəbizadə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Azvision.az