İsmayıllıda mağazadan bal oğurlayan tutuldu

İsmayıllıda mağazadan bal oğurlayan tutuldu
  06 May 2021    Oxunub:2751
İsmayıllıda Bizlan kəndi ərazisindəki mağazadan tütün məmulatları, pul, telefon danışıq kartları, spirtli içkilər və müxtəlif qida məhsulları oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlinin Balakən rayon sakini Məhəmməd Əmrəliyev və tanışı tərəfindən törədildiyi müəyyən edilib.



Keçirilən tədbirlərlə M.Əmrəliyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı onların bal məhsullarının satışı ilə məşğul olan şəxsin həyətyanı sahəsindən şüşə qablardakı 40 kiloqram balı və mürəbbələri də oğurladıqları məlum olub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb,oğurluqda iştirak edən digər şəxsin tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: İsmayıllı   Oğurluq  





Xəbər lenti