Ucarda mikroavtobusla evakuator toqquşub

Ucarda mikroavtobusla evakuator toqquşub
  07 May 2021    Oxunub:1721
Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunun Qarabörk kəndində “Ford” markalı mikroavtobus və “İsuzu” markalı evakuatorun toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Ford" markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Yol-qəzası  





Xəbər lenti