Bakıda yeni nizamlanan piyada keçidi yaradılıb - FOTO

  07 May 2021    Oxunub :1293
Bakıda yeni nizamlanan piyada keçidi yaradılıb -    FOTO
Hövsan şosesinin Hövsan qəsəbəsi, Naximov Yaşayış Massivindən keçən hissəsində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, yaxınlıqda sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin olduğunu nəzərə alaraq, piyadaların, sərnişinlərin, o cümlədən əlilliyi olan şəxslərin rahatlığının, təhlükəsizliyinin, əlçatanlığının təmin edilməsi məqsədilə:



Dayanacaq məntəqələrində pavilyonlar quraşdırılıb;

Panduslar inşa edilib;

Piyada keçidlərinin nizamlanması məqsədilə çağırıcı qurğu ilə idarə olunan svetoforlar təşkil edilib;

Görmə üzrə əlilliyi olan şəxslərin rahatlığı üçün panduslarda hissediləbilən döşəmələr, svetoforlarda isə səs qurğuları yerləşdirilib.





Azvision.az

Teqlər: BNA   Avtobus   Dayanacaq