Avropa Birliyi Ukraynaya 11 milyard verəcək

Avropa Birliyi Ukraynaya 11 milyard verəcək
  05 Mart 2014    Oxunub:1161
Bu barədə Avropa Komissiyasının sədri Joze Manuel Barrozo məlumat verib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ukrayna yaxın 2 il ərzində Avropa Komissiyasından 11 milyard avro maliyyə yardımı əldə edəcək.

Bu vəasit ilk növbədə ölkədə islahatların aparılmasına yönəldiləcək.
Avrokomissar Joze Barrozo bildirib ki, ayrılan vəsait ilk növbədə “inklyuziv” yəni müxtəlif siyasi qrupların təmsil olunduğu hökumətə veriləcək. Maliyyə yardımından əlavə Avropa İttifaqı Ukraynaya iqtisadiyyat və ticarət sahəsində də texniki yardım edəcəyini açıqlayıb.

Bundan öncə, Ukrayna Maliyyə Nazirliyi ölkəyə yaxın2 il ərzində ölkəyə makro maliyyə yarımının dəyərini 35 milyard dollar miqdarında qiymətləndirmişdi. Avropa Birliyi Yanukoviç iqtidarının devrildiyi ilk vaxtlarda 20 milyard dollarlıq yardım sözü vermişdi. ABŞ isə Ukraynaya 1 milyard dollar ayıracağını bəyan etmişdi.

Bundan əlavə, Avropa İttifaqının komissarı Hünter Ottinger Ukraynanın “Qazprom” qarşısındakı 2 milyard dollar borcunu ödəməy də hazır olduğunu bildirmişdi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti