"Həmin evin Anar Tağıyevə heç bir aidiyyatı yoxdur" - Açıqlama

  07 May 2021    Oxunub :1462
"Həmin evin  Anar Tağıyevə heç bir aidiyyatı yoxdur" -    Açıqlama
Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin ailəsi ona məxsus evdə asılmış meyitin tapılması haqqında yayılan informasiyalara münasibət bildirib.
Ailədən Azvision.az -a verilən məlumata görə, həmin evin Anar Tağıyevə heç bir aidiyyatı yoxdur.

“Həmin ev sovet dövründə tikilmiş kiçik bir bağ evidir. Ümumi sahəsi də 12 sotdur. Burada heç bir imarətdən söhbət gedə bilməz. Bu ev Anar Tağıyevə yox, onun atasına aiddir", - ailədən qeyd olunub.

Bildirilib ki, intihar etmiş gözətçi Ruslan Səmədov uzun illərdir o evdə yaşayaraq qarovulçuluq edib: "Onun ailəsi ilə məişət zəminində problemləri olub və bu səbəbdən də intihar edib".

Ailə hesab edir ki, bunu A.Tağıyevin imarətində ölüm halı kimi təqdim etmək doğru deyil:

"Mərhum R.Səmədovun vəfatından istifadə edib məsələni siyasiləşdirmək düzgün yanaşma sayılmır”.

Azvision.az

Teqlər: İcra   Anar-Tağıyev