“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək

Qeyd edək ki, yarımfinalda iştirakçıların idarəçilik bacarıqları yoxlanılacaq və bu mərhələ 3 gün davam edəcək. 100-ə yaxın iştirakçı final mərhələsinə keçmək hüququ qazanacaq. Yarımfinal mərhələsinin keçirilmə tarixi xüsusi karantin rejiminin tətbiqi qaydalarına uyğun olaraq müəyyənləşdiriləcək.
“Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Azvision.az
Teqlər: Yüksəliş