Daha 1854 nəfər koronavirusdan sağalıb

   Daha 1854 nəfər koronavirusdan sağalıb
  07 May 2021    Oxunub:2050
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4650 nəfər vəfat edib, aktiv xəstə sayı 17 897 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, ötən müddət ərzində isə 3 311 267 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti