Şabranda ağır qəza, ölənlər var

Şabranda ağır qəza, ölənlər var
  07 May 2021    Oxunub:1966
Şabran rayonunun Gəndov kəndi ərazisində kənd sakini E.İsmayılovun idarə etdiyi “Mercedes” və Quba rayon sakini Xəyal Əhmədxanlının idarə etdiyi “VAZ-21723” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, nəticədə X.Əhmədxanlı, sərnişinləri - qardaşı Ə.Əhmədxanlı və həmyerlisi Əli Əzizov xəstəxanaya yerləşdirilib, X.Əhmədxanlı və Ə.Əzizov orada ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti