Şəkidə narkotik alverçisi saxlanıldı

Şəkidə narkotik alverçisi saxlanıldı
  08 May 2021    Oxunub:1628
Şəki Rayon (Şəhər) Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, şəhər sakini Şahin Nəsirovdan 5 qramdan artıq qurudulmuş marixuana götürülüb. Davam etdirilən tədbirlərlə onun qəbiristanlıq ərazisində narkotik vasitə gizlətdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan sellofan torbada 490 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq zamanı Ş.Nəsirovun rayon sakini Teymur Mirzəyevə də 20 manat müqabilində narkotik vasitə satdığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti