Musa Yaqub son mənzilə yola salındı

 Musa Yaqub son mənzilə yola salındı
  08 May 2021    Oxunub:2633
Ötən gün dünyasını dəyişən Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, Xalq şairi ilə vida mərasimi İsmayıllı rayonunun Buynuz kəndində təşkil olunub.

Daha sonra M.Yaqub Buynuz kənd qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunub.

Xatırladaq ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. 1973-cü ildən Azərbaycan Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışıb. Xalq şairi uzun müddət parkinson xəstəliyindən əziyyət çəkirdi.

O, 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülüb.

Azvision.az


Teqlər: Xalqşairi   MusaYaqub  





Xəbər lenti