Ağcabədidə narkotik yetişdirən şəxs saxlanılıdı

Ağcabədidə narkotik yetişdirən şəxs saxlanılıdı
  08 May 2021    Oxunub:1991
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Avşar kənd sakini Tapdıq Nəcəfov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı qanunsuz olaraq əkib yetişdirdiyi 64 ədəd çətənə bitkisinin kolları aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti