Keçmiş bələdiyyə sədri məhkəmə qarşısında

 Keçmiş bələdiyyə sədri məhkəmə qarşısında
  08 May 2021    Oxunub:1766
Neftçala rayon sakinlərinin rayonun Xolqarabucaq bələdiyyəsinin sabiq sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna daxil olmuş kollektiv müraciətləri əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Neftçala rayon prokurorluğundan Azvision.az a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, Qismət Qəfərov bələdiyyə sədri işləyərkən ayrı-ayrı şəxslərdən qaimə-faktura və ödəniş tapşırıqlarından qanunsuz istifadə etməklə müxtəlif texnoloji avadanlıqların, mebel əşyalarının və yanacaq məhsulunun alınması ilə bağlı bələdiyyənin büdcəsindən həmin şəxslərin hesabına müəyyən pul məbləğlərini ödəməklə öz şəxsi məqsədləri üçün istifadə edib ümümilikdə xeyli məbləğdə bələdiyyə əmlakını mənimsəmiş, bundan başqa icarə müqaviləsinin müddətinin uzadılması məqsədilə müraciət etmiş kənd sakini Anar Əmrahova zor tətbiq etməklə qəsdən sağlamlığına yüngül zərər vurub.

Qismət Qəfərov Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yere getməmək haqqında iltizam seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: Neftçala   Bələdiyyə  





Xəbər lenti