Keçmiş məhkumdan 6 kq-dan çox narkotik götürülüb - VİDEO

Keçmiş məhkumdan 6 kq-dan çox narkotik götürülüb -    VİDEO
  08 May 2021    Oxunub:2811
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində mübarizə tədbirləri davam etdirilir.
DİN-dən Azvision.az -a verilən məlumata görə, Baş Cinayət Axtarışı və Baş Narkotiklərlə Mübarizə İdarələrinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında Lənkəran şəhərində həyata keçirilən birgə tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əməli törətdiyinə görə məhkum olunan Zamin Hüseynov saxlanılıb.

Onun Lənkəran şəhərində yaşadığı evə baxış keçirilən zaman ümumi çəkisi 6 kiloqram 364 qram olan narkotik vasitə, o cümlədən 1 kiloqram 370 qram heroin, 2 kiloqram 850 qram tiryək, 440 qram həşiş, 1 kiloqram 704 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışında biləvasitə istifadə etdiyi 1 ədəd elektron tərəzi aşkar edilib.

Həmçinin Zamin Hüseynovun mənzilindən satışı və istifadəsi qəti qadağan edilən ümumi sayı 7035 ədəd olan güclü təsiredici vasitələr “Metadon 40” və “Pregabalin” həbləri aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib. Zamin Hüseynov narkotik vasitələrin paytaxt Bakı və bölgələrdə şəxsiyyətləri istintaqla araşdırılan şəxslərə çatdırmaqla satışını təşkil etməli imiş.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Zamin Hüseynov istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.



Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti