“Elmira Orucovanın vəfatı hamımızı sarsıtdı” - Səfirlik

 “Elmira Orucovanın vəfatı hamımızı sarsıtdı” -  Səfirlik
  08 May 2021    Oxunub:1742
Azərbaycanın Macarıstandakı səfirliyi diplomatik korpusun gənc əməkdaşı Elmira Orucovanın vəfatı ilə bağlı başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə səfirlik “Facebook” səhifəsində paylaşım edib.

“Səfirliyimizin əməkdaşı, çox qısa müddətdə insansevərliyi, qayğıkeşliyi, işgüzarlığı və peşəkarlığı ilə kollektivin rəğbətini, hörmətini qazanmış, hər birimizin sevimlisinə çevrilmiş gözəl xanım Elmira Orucovanın vaxtsız vəfatı hamımızı sarsıtdı. Hər zaman insanlara dəstək olmağa, onların qayğılarını, dərdlərini bölüşməyə can atan Elmira xanım xatirəmizdə daim yaşayacaq. Ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - paylaşımda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Səfirlik  





Xəbər lenti