"Qədir Xum"da gizli nişan mərasimi: 57 nəfər cərimələndi

"Qədir Xum"da gizli nişan mərasimi:  57 nəfər cərimələndi
  08 May 2021    Oxunub:2783
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Qaraçuxur qəsəbəsində yerləşən "Qədir Xum" restoranında nişan mərasimi keçirilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəzarət-profilaktik tədbir zamanı orada karantin qaydalarını pozan ümumilikdə 57 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimə olunublar.

Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbət apararaq karantin qaydaları barədə onları bir daha məlumatlandırıblar.



Azvision.az


Teqlər: DİN   Nişan   Cərimə  





Xəbər lenti