“Əyani tədrisə qayıtmağın tərəfdarıyıq” - Nazir

   “Əyani tədrisə qayıtmağın tərəfdarıyıq” -    Nazir
  08 May 2021    Oxunub:2661
Bəzi insanlar ənənəvi tədrisə qayıdışın şagirdlərin psixologiyasına mənfi təsir göstərdiyini qeyd edirlər. Bunun elmi əsası yoxdur.
Azvision.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında canlı yayımda bildirib.

Nazir deyib ki, Bakı, Sumqayıt, Abşeron, Şəki və Gəncə şəhərlərində yoluxma sayına görə tədris distant formaya keçirilmişdi, digər bölgələrdə ənənəvi tədris davam edirdi:

“Təhsil Nazirliyi mümkün olduğu təqdirdə əyani tədrisə qayıtmağın tərəfdarıdır. Sentyabrın 15-dən ənənəvi tədrisin bərpa olunması üçün hamımız çalışmalıyıq. Mümkün qədər əyani tədrisi bərpa etməyi düşünürük. Bu, uşaqların sosial-psixoloji inkişafı, şagirdlərlə ünsiyyəti, parta arxalarında oturmaları, məktəbə getmələri baxımından vacibdir”.

E.Əmrullayev qeyd edib ki, mayın 17-dən etibarən 5 regionda həftədə 3 dəfə ibtidai, 2 dəfə V-IX sinif şagirdləri üçün əyani tədrisə start veriləcək: “X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək. Həm epidemioloji, həm vaksinasiya, həm də sinif ölçüləri imkan verəndə qaydalara əməl etməklə həftədə 5 dəfə əyani tədrisə qayıdacağıq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil-Nazir  





Xəbər lenti