Bu il 8 minə yaxın müəllim işlə təmin olunacaq

   Bu il 8 minə yaxın müəllim işlə təmin olunacaq
  08 May 2021    Oxunub:2392
Bu il 50 mindən çox insanın müəllimlərin işə qəbul imtahanında iştirakı nəzərdə tutulur. Bunlardan 7-8 min nəfərin işlə təmin olunması gözlənilir.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

O qeyd edib ki, bir mövsümdə bu sayda müəllimin işlə təmin olunması kifayət qədər böyük rəqəmdir:

"42 min müəllimin işlə təmin olunmaması hansısa narazılıq yarada bilər. Bu halda ən vacib müsabiqədir. Müsabiqədə bir qism müəllim qalib gələcək, digərləri iş yeri qazana bilməyəcək. Biz ən bacarıqlı insanları işə qəbul etmək istəyirik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Müəllim  





Xəbər lenti