Daha 1720 nəfər koronavirusdan sağaldı

   Daha 1720 nəfər koronavirusdan sağaldı
  08 May 2021    Oxunub:3210
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 649 yeni yoluxma faktı qeydə alınıb, 1720 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 056 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 304 580 nəfər müalicə olunaraq sağalıb, 4666 nəfər vəfat edib, aktiv xəstə sayı 16 810 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 244, ötən müddət ərzində isə 3 321 511 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti