Müəllimlərin işə qəbulu imtahanı dəyişəcək

 Müəllimlərin işə qəbulu imtahanı dəyişəcək
  08 May 2021    Oxunub:2481
Müəllimlərin işə qəbulu imtahanların məzmunu növbəti ildən dəyişəcək.
Azvision.az verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində canlı yayımda bildirib. Nazir qeyd edib ki, imtahanların məzmunu fənn bilikləri ilə yanaşı, müəllimin davranışı, xüsusi ilə pedoqoji sahəsində bilik və səriştələrini ölçməlidir:

"Biz öz fənnini yaxşı bilən insanlarla yanaşı, müəllimlik peşəsini icra edən bilən şəxsləri də seçməyi düşünürük".

Nazir bildirib ki, imtahanların çətinlik məsələsi nisbidir: "Biz imtahanların fəlsəfəsini düzgün qiymətləndirməliyik. İmtahanlar insanlara bal vermək məqsədi daşımır, sıralamaq məqsədi daşıyır. Biz kompüter əsaslı imtahanlar keçiririk, amma kompüterlər tərəfindən imtahanların daha müasir və düzgün statistik təhlili və keçirilməsi də mümkündür. Hazırda Azərbaycanda belə imtahanlar keçirilmir".

Aytən Zəhra
Azvision.az


Teqlər: İmtahan   Müəllim  





Xəbər lenti