Nazir vakansiyaların gizlədilməsindən danışdı

  Nazir vakansiyaların gizlədilməsindən danışdı
  08 May 2021    Oxunub:2638
Vakansiyaların gizlədilməsinin anlamı yoxdur. Çünki həmin vakant yerlərə daha sonra direktorlar müəllim işə qəbul edə bilmir. Kimisə götürsə də bu qeyri-qanunidir və mütəmadi olaraq Təhsil Nazirliyi tərəfindən belə halların qarşısı alınır və gələcəkdə də alınacaq.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda deyib. Nazir bildirib ki, bu günə qədər 10 minə yaxın namizəd müəllimlərin yerdəyişməsi üzrə qeydiyyatdan keçib, 2300-ə yaxın namizədin ərizəsi təsdiq edilib.

"Müsabiqəyə 5500-dən artıq vakant yer çıxarılıb. Bunların 66,8 faizi həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi, 33,2 faizi həvəsləndirmə tədbirləri tədbiq edilməyən vakant yerlərdir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 521 vakant yer müəllimlərin yerdəyişməsində müsabiqəyə çıxarılıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   Müəllim   Məktəb  





Xəbər lenti