“Hər yerdə oxumaq mümkündür” - Emin Əmrullayev

 “Hər yerdə oxumaq mümkündür” -  Emin Əmrullayev
  08 May 2021    Oxunub:3023
Birinci sinfə qəbul prosesi artıq başlayıb. 94 min şagird məktəbəhazırlıq qruplarından birbaşa birinci sinfə keçirilib, bundan əlavə artıq 25 min şagird Azərbaycan bölməsi üzrə birinci sinfə qəbul olub.
Azvision.az verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda deyib.

Nazir bildirib ki, rus bölməsindən 17 minə yaxın uşaq üçün müsahibələrə başlanıb:

"Keçirilən müsahibələrdə uğur baxımından qəbul dinamikası 90 faizə qədərdir. Ən yaxşı məktəb seçiminə gəlincə, tövsiyyəmiz ibtidai təhsildə evə yaxın məktəb seçilsin. Bu, şagirdlərin fiziki yorulmaması baxımından da önəmlidir. Hər bir məktəbdə əlaçı şagirdlər var. Hər yerdə oxumaq mümkündür. İbtidai təhsildən sonra lisey və gimnaziyalara daha hazırlıqlı şagirdlər imtahanla götürülür. İldən ilə həmin lisey və gimnaziyalara müraciət çoxalır".

Nazir uşağın hansı dildə tədris alması barədə fikirlərə də münasibət bildirib. O qeyd edib ki, uşaq evdə hansı dildə danışırsa, ibtidai təhsili o dildə alması daha məqsədəuyğundur.

Aytən Zəhra
Azvision.az


Teqlər: Şagird   Məktəb   Təhsil  





Xəbər lenti