“Məktəblərin rus bölməsində kadr çatışmır” - Nazir

“Məktəblərin rus bölməsində kadr çatışmır” -  Nazir
  08 May 2021    Oxunub:7841
Şagird sayı 40-dan artıq olan siniflər elə də çox deyil. Bunlar əsasən Bakı şəhərində və rus bölməsindədir.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində canlı yayımda deyib.

Nazir bildirib ki, sinifdə şagird sayının 20-30 arasında olması idealdır:

"Bu gün Bakı məktəblərində yer problemi yoxdur. Sadəcə valideynlər uşağının konkret məktəbdə və hansısa müəllimin sinfində oxumasını istədikdə şagird sayı artır. Bu, rus bölməsində kadr çatışmazlığı ilə əlaqədardır. Rus bölməsi üzrə ibtidai sinif müəllimi müsabiqələrdə ən çox axtarılan vəzifədir. Bu sahədə problemlər var".

Aytən Zəhra
Azvision.az


Teqlər: Şagird   Məktəb   Sinif  





Xəbər lenti