Olimpiya çempionumuz Tokio-2020-yə lisenziya qazana bilmədi

  09 May 2021    Oxunub :1746
Olimpiya çempionumuz Tokio-2020-yə lisenziya qazana bilmədi
Azərbaycan taekvondoçusu Radik İsayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən və Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində yarımfinal görüşünə çıxıb.
Azvision.az xəbər verir ki, 80 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz yarımfinalda makedoniyalı rəqibinə məğlub olaraq, Olimpiadaya lisenziya qazana bilməyib.

Qeyd edək ki, turnirin birinci günündə Fəridə Əzizova (67 kq) finala yüksələrək Tokio Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Bununla da taekvondoçularımızın lisenziyalarının sayı ikiyə çatıb.

Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Azvision.az

Teqlər: Radikİsayev