Güləşçimiz Olimpiadaya lisenziya qazandı

 Güləşçimiz Olimpiadaya lisenziya qazandı
  09 May 2021    Oxunub:2647
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Azvision.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya Olimpiya təsnifat turnirində 77 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz yarışa qələbə ilə başlayıb.

İkiqat Avropa çempionumuz Hyenvu Kimə (Koreya Respublikası) qalib gələrək səkkizdəbir final mərhələsinə yüksəlib. Güləşçimizin növbəti rəqibi Qurpret Sinq (Hindistan) olub. Mübarizədən qalib ayrılan təmsilçimiz dörddəbir finalda əlcəzairli Abd Elkrim Ouakalini üstələyərək yarımfinala yüksəlib.

Güləşçimiz növbəti görüşündə serbiyalı Viktor Nemesə qalib gələrək turnirin finalına yüksəlib və Olimpiyadaya lisenziyanı təmin edib.

Xatırladaq ki, güləşin bu növündə təmsilçimiz İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya təsnifat turnirində lisenziya qazanıb.

Azvision.az


Teqlər: Güləş   Lisenziya  





Xəbər lenti