Bakıda köməksiz qalan azyaşlılar xilas edildi

  09 May 2021    Oxunub :1937
Bakıda köməksiz qalan azyaşlılar xilas edildi
Bakı şəhərinin Nərimanov rayonunda iki nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Azyaşlı   Kömək