Sosial Xidmətlər Agentliyi beynəlxalq təşkilata üzv oldu
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, Assosiasiya səmərəli və keyfiyyətli sosial xidmət sistemlərinin köməyi ilə əlilliyi olan şəxslər üçün bərabər imkanların təmin olunması məqsədinə xidmət edir.
35 ölkədən qurumların iştirak etdiyi təşkilata üzv olmaq sosial xidmətlər sahəsində Avropanın ixtisaslaşmış mərkəzləri ilə birbaşa əlaqələrin yaradılması, tematik işçi qrupların tərkibində fəaliyyət, Avropada sosial xidmətlər üzrə tədqiqat və digər layihələrdə iştirak imkanları yaradır.
Yaxın vaxtlarda Assosiasiya ilə ən yaxşı təcrübələrin öyrənilməsi üçün silsilə görüşlərə başlanacaq.
Azvision.az
Teqlər: